Yunanıstanın xarici işlər naziri Nikos Dendias Ukraynanın Mariupol şəhərinə humanitar missiyanı şəxsən müşayiət etməyi planlaşdırır.
“Qafqazinfo” bu barədə “İnterfaks-Ukrayna”ya istinadla məlumat yayır. Dendias bildirib ki, artıq Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri Peter Maurer ilə əlaqə saxlayıb:
“Peter Maurer ilə koordinasiyalı şəkildə missiyanı şəxsən müşayiət etməyi planlaşdırıram”.
Yunanıstanlı nazir həmçinin Ukrayna tərəfinə yardım xahişi ilə rəsmi nota və Rusiya tərəfinə humanitar yardımın göndərilməsinə mane olmamaq tələbi ilə nota göndərib. Mariupolda on minlərlə etnik yunan yaşayır və buna görə də Afina ona kömək etməyə çalışır.
Bazar ertəsi Dendias Avropa İttifaqının Xarici Əlaqələr Şurasında çıxış edərək, mülki şəxslərin qorunmasının vacibliyini qeyd edib.
Son xəbərlər
Son Xəbərlər