Nazir menecerlə görüşdü

nazir-menecerle-gorusdu
Oxunma sayı: 648

“Qafqazinfo” xəbər verir ki, görüşün məqsədi Azərbaycan Respublikası hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “İkinci Kənd İnvestisiya Layihəsi”nin maliyyələşməsinə dair Kredit Sazişinin imzalanması olub.

Nazir İsmət Abasov qonaqları səmimi salamlayaraq, xanım Larisa Leşçenkonun bu vəzifəyə təyin olunması münasibəti ilə təbrik etmiş, onun fəaliyyəti dövründə Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

İsmət Abasov Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər, Dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı haqqında qonaqlara ətraflı məlumat verib.

Bildirib ki, Azərbaycan Respublikası ilə Dünya Bankı arasında kənd təsərrüfatı sektoru üzrə əməkdaşlığa 1996-cı ildən başlanılıb. Bu zaman ümumi dəyəri 28,2 milyon ABŞ dolları olan “Təsərrüfatların Özəlləşdirilməsi” Layihəsi tətbiq olunmağa başlanıb. Layihə 2001-ci ildə tamamlanıb. 2005-2008-ci illərdə “Kənd İnvestisiya Layihəsi”nin icrasına başlanılmış, 2009-cu ildə həmin layihəyə əlavə vəsait cəlb edilib.

Nazir İsmət Abasov Dünya Bankı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin verdiyi səmərəni yüksək qiymətləndirdiyini və ölkəmizdə aqrar sektorun inkişafına böyük təkan verdiyini qonaqların diqqətinə çatdırıb “İkinci Kənd İnvestisiya Layihəsi”nin həyata keçirilməsində məqsədin icma yönümlü kənd infrastrukturlarına çıxışı və istifadəni artırmaq və kənd yerlərində ailələrin iqtisadi fəaliyyətlərini genişləndirməkdən ibarət olduğunu qeyd edib.

Nazir yeni layihənin rayonların potensialından faydalı istifadə etməklə sahibkarlığın gücləndirilməsi və iqtisadiyyatın dinamik inkişafı, yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə iqtisadi inkişafa nail olmaq kimi məqsədləri daşıyan “2008-2015-ci illərdə Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Dövlət Proqramı”na dəstək xarakteri daşıdığını və bu layihənin müvəffəqiyyətlə başa çatacağına ümidvar oldunu bildirib.

Sonda Azərbaycan Hökuməti tərəfindən İsmət Abasov ilə Dünya Bankı tərəfindən xanım Larisa Leşçenko tərəfindən Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “İkinci Kənd İnvestisiya Layihəsi”nin maliyyələşməsinə dair Kredit Sazişi imzalanıb.