Nazir məşhur polkovniki ordudan təxris etdi

nazir-meshur-polkovniki-ordudan-texris-etdi
Oxunma sayı: 9386


AzNews.az-a daxil olan məlumata görə, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin keçmiş rəisi Rövşən Məhərrəmov ordu sıralarından uzaqlaşdırılıb. Hərbi mənbələrdən bildirilib ki, Zakir Həsənov müdafiə naziri vəzifəsinə təyin olunduqdan bir müddət sonra - yanvarın 6-da R. Məhərrəmov məzuniyyətə göndərilib. Ötən gün isə müdafiə naziri onun təxris olunması ilə bağlı əmr imzalayıb. 

Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı polkovniklə əlaqə saxlayıb. O, məsələ ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.

Xatırladaq ki, polkovnik Rövşən Məhərrəmov 1992-1993-cü illərdə Bakı şəhər Qarnizonunun komendantı, 1994-cü ildə isə Hərbi Polis İdarəsinin post patrul xidməti üzrə rəis müavini, 1997-2000-ci illərdə idarənin qərargah rəisi - idarə rəisinin birinci müavini, 2000-2010-cu illərdə isə həmin idarənin rəisi vəzifəsində işləyib. 2010-cu ildən isə xidmətini Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrində davam etdirib. 

Müdafiə Nazirliyi sistemində peşəkar və vətənpərvər kadrlardan hesab edilən R. Məhərrəmov Prezident tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.