Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Alman Bundestaqının millət vəkili Kristof Berqnerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Qafqazinfo"nun məlumatına görə, nazir müavini Sevda Məmmədəliyeva ümumilikdə Azərbaycan ilə Almaniya arasında mədəniyyət sahəsində əməkdaşlığın mövcud səviyyəsindən razılığını bildirərək və gələcəkdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycanın təşəbbüsü ilə 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin qeyd ediləcəyini bildirən nazir müavini Sevda Məmmədəliyeva bu hadisənin iki xalq arasındakı münasibətlərin qədimiliyinin göstəricisi olduğunu bildirib.
Kristof Berqner Azərbaycanda Alman irsinin qorunmasına görə Azərbaycan Respublikasının rəhbərliyinə dərin təşəkkürünü ifadə etdi, həmçinin ortaq mədəniyyət və tarixin iki xalqı bir-birinə daha da yaxınlaşdırdığını vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər