Nazir müavini o məktəbə baş çəkdi - Fotolar

nazir-muavini-o-mektebe-bas-cekdi
Oxunma sayı: 1649

Bir neçə gün əvvəl “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev Cəlilabad rayonu Təzəkənd kənd orta məktəbinin acınacaqlı durumu ilə bağlı status paylaşmışdı.

“Qafqazinfo”  xəbər verir ki, N. Niftiyev cənub bölgəsində səfərdə olan Təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya müraciət edərək həmin məktəbə baş çəkməsini istəyib.

Sözügedən müraciətdən sonra bu gün nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov feysbuk hesabında nazir müavininin həmin məktəbə baş çəkdiyini sosial şəbəkədə yazıb. 

Bildirib ki, məktəbin şagird- müəllim kollektivi ilə görüşən nazir müavini siniflərdə olub, binaya baxış keçirib. Məktəb kollektivi ilə görüşdə təhsil ocağının əsaslı təmir üçün Dövlət Proqramına daxil edildiyi bildirilib.

Günel Türksoy