Nazir müavini Salyanda

nazir-muavini-salyanda
Oxunma sayı: 629

“Qafqazinfo”nun məlumatına görə, nazirliyin müvafiq şöbələrinin mütəxəssislərinin və vətəndaşların özlərinin iştirakı ilə şikayət ərizələri obyektiv tərzdə araşdırılıb. Araşdırma zamanı ünvanlı dövlət sosial yardımının təyinatı, əlillik qruplarının verilməsi və s. ilə bağlı qanunvericiliyin müvafiq müddəalarından xəbərsiz olmaları səbəbindən ayrı-ayrı vətəndaşların şikayət ərizələrində əsassız narazılıqların əksini tapdığı müəyyən edilib. Belə vətəndaşlara qanunvericilik barədə ətraflı izahatlar verilib.

Eyni zamanda, yerli strukturların bəzi əməkdaşlarının vətəndaşların müraciətlərinə baxılmasında diqqətsizlik, səhlənkar münasibət göstərməsi səbəbindən haqlı olaraq şikayət ərizələrinin yazılması hallarına da rast gəlinib. Nazir müavini İlqar Rəhimov vətəndaşların haqlı tələblərinin dərhal yerinə yetirilməsi, həmçinin vətəndaş müraciətlərinə baxılmasında məsuliyyətsizlik hallarına yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi barədə tapşırıqlar verib.

Müraciətlərə baxılması zamanı vətəndaşlardan bir qisminin gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb edilmələri qərara alınıb. Bölgələrdə vətəndaşların müraciətlərinə baxılması işləri bundan sonra da davam etdiriləcək.