Nazir müavini Slovakiyadadır

nazir-muavini-slovakiyadadir
Oxunma sayı: 773

Azərbaycanın Slovakiyada Fəxri Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə 2016-ci il 23-28 may tarixində Bratislava şəhərində Respublika Gününə həsr olunmuş tədbirlərdə və rəsmi görüşlərdə iştirak etmək üçün Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq Artisti Fərhad Bədəlbəyli Slovakiyada səfərdədir. Səfər çərçivəsində qonaqlar Slovakiyanın Mədəniyyət Nazirliyində Dövlət katibi İvan Seçik tərəfindən qəbul ediliblər.

Qafqazinfo” xəbər verir ki, görüşdə 2017-2018-ci illərdə Azərbaycanda və Slovakiyada təşkil ediləcək mədəniyyət tədbirlərində, festival və müsabiqələrdə qarşılıqlı olaraq iştirak edilməsi, incəsənət ustalarının və müxtəlif kollektivlərin ezamiyyələri və digər məsələlər müzakirə olunub. Söhbət zamanı ölkəmizdə mədəniyyət sahəsində görülən işlər, həyata keçirilən uğurlu islahatlar, beynəlxalq tədbirlər barədə məlumat verilib.

Azərbaycan nümayəndə heyəti Bratislava şəhər filarmoniyasının baş direktoru, professor Maryan Lapşanski ilə də görüş keçirib.

Slovakiyaya səfər zamanı Azərbaycan nümayəndə heyətinin parlamentlərarası dostluq qrupunda və və bir sıra nazirliklərdə görüşlərinin keçirilməsi nəzərdə tutulur.