Nazir müavini “Zəlzələ hadisələrində cavabvermə” təlimində - Fotolar

Nazir müavini “Zəlzələ hadisələrində cavabvermə” təlimində
Oxunma sayı: 1314

3-8 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən FHN Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda keçirilən beynəlxalq regional təlimə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, tədbirə Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Müstəqil Dövlətlər Birliyinin təbii fəlakətlərə cavab tədbiri üzrə əlaqələndirici şəxsi Roberto Kolancelo, BMT-nin Azərbaycan ofisinin rezident əlaqələndiricisi Qulam İsaczai, digər beynəlxalq təşkilatların nümayəndələri və təlim iştirakçıları qatılıblar.

Mərasimdə çıxış edən Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupu (İNSARAG) və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə  keçirilən beynəlxalq regional təlimin müvəffəqiyyətlə başa çatdığını bildirib. Təlim iştirakçılarını səmimi qəlbdən təbrik edən nazir müavini onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. E.Mirzəyev təlimin məhz Azərbaycanda keçirilməsinə və hərtərəfli dəstəyinə görə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiya Ofisinin rəhbərliyinə öz dərin minnətdarlığını bildirib. Eyni zamanda, qeyd edib ki, beynəlxalq regional təlimdə 25-dən artıq ölkə, 10 beynəlxalq və qeyri-hökumət təşkilatları ilə yanaşı Azərbaycan Respublikasının 25-dən artıq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Nazir müavini bildirib ki, təlim zamanı ssenariyə uyğun olaraq fəlakət nəticəsində zərərçəkmiş ölkəyə beynəlxalq humanitar yardımın göstərilməsi sahəsində prosedurlar icra edilib. Onun sözlərinə görə, təlim iştirakçıları üçün təcrübə mübadiləsinin aparılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından təlimin böyük əhəmiyyəti olub və bu birgə iş həmçinin əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə zəmin yaradıb.

Sonra çıxış edənlər - Müstəqil Dövlətlər Birliyinin təbii fəlakətlərə cavab tədbiri üzrə əlaqələndirici şəxsi Roberto Kolancelo və BMT-nin Azərbaycan ofisinin rezident əlaqələndiricisi Qulam İsaczai təlimin uğurla reallaşdırıldığını bildiriblər. Çıxış edənlər bu təlimin beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dərinləşməsində böyük rol oynadığını vurğulayıblar.
Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Sonda xatirə şəkili çəkdirilib.

 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi