Nazir müavinindən internetin sürəti ilə bağlı - Açıqlama

nazir-muavininden-internetin-sureti-ile-bagli
Oxunma sayı: 7241

"Belə bir fikir ortaya çıxdıqdan sonra bütün mobil operatorlar xəbərdar edilib. Artıq 8103 nömrəsi şəbəkəyə tanıdılıb. İstənilən vətəndaş bütün mobil operatorun şəbəkəsindən o nömrəni yığaraq SMS-lə müraciət edə biləcək, heç bir problem olmayacaq". 

"Qafqazinfo" xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Nazir müavini bildirib ki, telekommunikasiya operatorlarının hamısının, internet provayderlərin karantin rejimində çalışması üçün tam hazırlıq görülüb və gündəlik də görülür:

"Ölkədə ümumilikdə internetdən və mobil telefondan istifadə yüksək səviyyədədir. Son günlər müşahidə edirik ki, trafikdə artım var. Əhalimizin 60-70%-i smartfonlardan istifadə edə bilir. Hər 100 nəfərə 106 mobil telefon düşür. Bu göstərir ki, bu xidmət hər kəs üçün əlçatan olacaq".