Nazir mükafatları təqdim etdi

nazir-mukafatlari-teqdim-etdi-
Oxunma sayı: 638

“Qafqazinfo”nun AzərTAc-a istinadən verdiyi xəbərə görə, Ə.Qarayev ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söz açıb, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb.
Mükafatların dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünün qeyd edildiyi günlərdə verilməsinin təsadüfi olmadığını bildirən nazir, əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu mədəniyyət və incəsənət sahəsində çalışanlara dövlət qayğısı ənənəsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Azərbaycanın beynəlxalq musiqi festivallarına, mədəniyyət tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdıran Ə.Qarayev bildirib ki, son bir neçə gündə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə müxtəlif ölkələrdə keçirilən silsilə tədbirlərdə bir daha milli musiqi nümunələrimiz təbliğ olunub.
Heydər Əliyev Fondu tərəfindən də Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı irimiqyaslı layihələrin reallaşdırıldığını diqqətə çatdıran nazir, son illər ərzində mədəniyyətimizin inkişafı və təbliği istiqamətində silsilə tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Təltif olunanlar yaradıcılıqlarına verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.