Nazir Naxçıvanda DYP-yə yeni rəis təyin etdi

nazir-naxcivanda-dyp-ye-yeni-reis-teyin-etdi
Oxunma sayı: 7834

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.

"Qafqazinfo" xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Mais Məmmədov sözügedən vəzifəyə təyin olunub.

Xatırladaq ki, M.Məmmədov daha əvvəl Suraxanıda DYP-nin rəisi olub. O, bir müddət öncə Naxçıvana göndərilmişdi.

Qeyd edək ki, xəbəri ilk olaraq "avtosfer.az" saytı yayıb.