İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda qarşıdakı 10 il üçün müəyyənləşdirilən 5 prioriteti açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nazir “Postpandemiya dövründə vergi sistemi” mövzusunda keçirilən videokonfransda məlumat verib.
“Birincisi, dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, ikincisi, dinamik inkluziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması, üçüncüsü, işğaldan azad olunmuş ərazilərdə böyük qayıdışa nail olunması, dördüncüsü, Azərbaycanın rəqabətli və insan kapitallı innovasiyalar məkanına çevrilməsi, beşincisi, təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməkdir”, - deyə nazir vurğulayıb.
O qeyd edib ki, Azərbaycanda uzunmüddətli dayanıqlı iqtisadi artıma və rifaha nail olmaq üçün ilk növbədə, iqtisadi fəallığın bərpa edilməsi hədəflənir. Sahibkarlıq subyektlərinin qısa müddətdə iqtisadi aktivliyini, gəlirlərini və bazarda istehlakı əvvəlki səviyyəyə qayıtması üçün tədbirlər görüləcək.
“Biznes mühiti daha da yaxşılaşdırılacaq. Xüsusən kiçik və orta sahibkarların əl-qolu açılmalıdır. KOB-ların dövlət satınalmalarında daha geniş inkişafına nail olunmalıdır. Sahibkarların maliyyələşməyə çıxış imkanları genişləndirilməlidir”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər