Nazir oğlunu evləndirdi, Ərdoğan nikah şahidi oldu - Foto

nazir-oglunu-evlendirdi-erdogan-nikah-sahidi-oldu
Oxunma sayı: 2658

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın oğlu Səlim Akar evlənib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Melis Kahya adlı xanımla ailə quran Akarın nikah şahidi Prezident Rəcəb Tayyib Ərdoğan olub. Ərdoğan nikah mərasimində xanımı Əminə Ərdoğanla birlikdə iştirak edib. 

Qeyd edək ki, cütlüyün toy dəvətnamələrində “gül göndərilməməsini, əvəzində arzu edənlərin Mehmetçik Vəqfinə yardım göstərməsini  xahiş edirik” yazılıb.