“Nazir olandan sonra həyatımda çox şey dəyişdi”.
“Qafqazinfo” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “ASAN Radio”da qonaq olarkən deyib.
O bildirib ki, vəzifəyə gəldikdən sonra onu yada salanların sayı çoxalıb:
“30 ildir ki, görmədiyim insanlar məni yada saldı. Çox zənglər gəldi, təbriklər oldu. Son zamanlar yeni dostlar yaranır. Buna normal baxıram. Bundan öncəki davranışımla indiki davranışım da fərqlidir”.
Son xəbərlər
Son Xəbərlər