“Qafqazinfo”nun verdiyi xəbərə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. İlk Avropa Oyunları ərəfəsində respublikada ictimai asayişin və daxili təhlükəsizliyin etibarlı qorunması və I Avropa Oyunlarına hazırlıqla bağlı dövlətin, hökumətin, şəxsən prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın dəstəyi sayəsində böyük bir fəaliyyətin ortaya qoyulduğunu vurğulayıb.
Mövcud kriminogen duruma toxunan nazir əvvəlki illərdə olduğu kimi cari ilin birinci rübündə də cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üzrə kompleks tədbirlərin uğurla davam etdirildiyini, bütövlükdə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirildiyini bildirib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər