Nazir Oqtay Əsədovun iradına cavab verdi

nazir-oqtay-esedovun-iradina-cavab-verdi
Oxunma sayı: 3132

Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin spikeri Oqtay Əsədovun bəzi ticarət şəbəkələrində post-terminalların işləməməsi ilə qaldırdığı problemə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, nazir qeyd edib ki, nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir: “Bu məsələdə Vergilər Nazirliyi həmkar qurumlarla yaxından çalışır. Ölçü meyarı dinamikasını nümayiş etdirmək üçün 2018- ci illə müqayisədə qeyd edə bilərəm ki, nağd pul kütləsinin cəmi pul kütləsində çəkisi 60, 1 faizdən ,51,9 faizə qədər azalıb. Bu rəqəm dinamikanın hansı şəkildə olduğunu aydın göstərir. 2016-ci illə müqayisə də post terminallarının sayında 16 faiz azalma olub. Qeyd edim ki, hazırda 6 milyon 721 min ədəd ödəniş kartı mövcuddur. Bu da ən yüksək göstərici hesab  olunur.

Xatırladım ki, post-terminalların quraşdırılması prosesində 3 tərəf iştirak edir.  Nağdsız hesablaşmaların aparılmasında tərəflərin hansının maraqlı olduğuna baxmalıyıq. 

 Bilirsiniz ki, bu məsələdə sahibkarlar komissiya haqları ödəyirlər. Bu rəqəm  1, 29,- 2,37 faiz arasında dəyişir. Bizdə tariflər yüksək deyil. Dövlət buna müdaxilə etmir. İkinci məsələ, cəzasızlıq mühitidir. Mövcud qanunvericilik post –terminalların quraşdırılmamasına görə məsuliyyət tədbirləri nəzərdə tutmur. Bu isə bəzi vergi ödəyicələrinə əsas olaraq bəhanələr gətirir.

Vergilər Nazirliyi  cəza məsuliyyətinin olması üçün təşəbbüslə çıxış edib. Amma qurumlar arasında razılıq əldə olunmayıb. Əgər Mili Məclis təşəbbüs edərsə həmin qanun layihəsini təqdim etməyə hazırıq”.

Günel Türksoy