Nazir pensiya artımı ilə bağlı mətbuat konfransı keçirib

nazir-pensiya-artimi-ile-bagli-metbuat-konfransi-kecirib
Oxunma sayı: 4554

“Ötənilki və hazırkı pensiya artımları üzrə pensiyaçılara illik əlavə 1 milyard manat ödənəcək”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin bu gün imzalanmış “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncamının icrası ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, sərəncamın icrası olaraq, pensiyaların orta aylıq əmək haqqının 2019-cu il üzrə artım göstəricisinə uyğun şəkildə indeksləşdirilərək 16,6 faiz artırılması sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları (pensiyaçıların 93 faizi və ya 1 milyon 120 minə yaxını) əhatə edəcək. 

Bu artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir.

Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.

Bununla bərabər, fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılır.

Günel Hacı