“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazir prezidentin digər sərəncamı ilə müharibə iştirakçılarına təyin etdiyi birdəfəlik maddi yardımların mayın 9-na qədər onlara çatdırılacağını da söyləyib.
Böyük Vətən müharibəsi iştirakçılarının maşınla təminatına gəlincə, bu proses Qarabağ əlillərinin növbəsi bitdikdən dərhal sonra başlanacaq.
Səlim Müslümovin sözlərinə görə, bu ili Qarabağ və 20 yanvar əlillərinə 300 ədəd avtomobil verilib: “Həftənin 6-cı günü daha 100 ədəd avtomobil verilməsi planlaşdırılıb. Mayın 20-nə kimi ümumilikdə 675 nəfər Qarabağ və 20 yanvar əlili avtomobillərə sahib olacaq. Bu proses başa çatdıqdan sonra böyük vətən müharibəsi iştirakçısı və onlara bərabər tutulan şəxslərin avtomobillə təmin edilməsinə başlanılacaq. Artıq bunu üçün dövlət büdcəsindən 6,5 milyon AZN vəsait ayrılıb".
Son xəbərlər
Son Xəbərlər