Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib. Məhkəmə istintaqının tamamlanması təklifinə təqsirləndirilən S.Nəbiyevin vəkili Ceyhun Yusifov etiraz edib. O bildirib ki, zərərçəkmiş Əlikram Camalov yenidən dəvət olunub dindirilməli və bəzi xüsusatlar dəqiqləşdirilməlidir.
Hakim bildirib ki, vəkil hansı xüsusatlar üzrə dindirilmə aparılmasını istəyirsə, onları yazılı olaraq məhkəməyə təqdim etməlidir. Sonra məhkəmə bu barədə qərar verəcək.
C.Yusifov əlavə edib ki, təqsirləndirilən Samir Nəbiyev təkrar ifadə vermək istəyir. Onun bu vəsatəti təmin olunub. Növbəti iclasda S.Nəbiyev ifadə verəcək.
Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.
Qeyd edək ki, zərərçəkmiş Əlikram Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı, "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər