Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələ rayonunda Qəbələ, Şəki və Oğuz rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, nazir vətəndaşlarla görüşündə Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Nazir, eyni zamanda, dövlət başçısının cari ildə imzaladığı yeni fərman və sərəncamlarla sosial sahədə əldə olunan ciddi irəliləyişlər, həmçinin, pensiyanın minimum məbləğində, müavinət və təqaüdlərdə edilən ciddi artımlar barədə məlumat verib.
Qəbula gələn vətəndaşlar bu gün ölkədə aparılan siyasətin ilk növbədə vətəndaş rifahına xidmət etməsindən, bu siyasətin əsasında sosial ədalət və humanizm prinsiplərinin dayanmasından razılıqla söz açıblar. Onlar bu siyasətə, ardıcıl xarakter alan mühüm sosial müdafiə tədbirlərinə, regionların inkişafı, bölgələrdə yeni iş yerlərinin açılması və məşğulluq imkanlarının artırılması məqsədilə atılan əhəmiyyətli addımlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Son xəbərlər
Son Xəbərlər