Nazir Qənirə Paşayevanın təklifinə müsbət cavab verdi

nazir-qenire-pasayevanin-teklifine-musbet-cavab-verdi
Oxunma sayı: 2356


“İnterAz telekanalının əməkdaşlarının və jurnalist-dostların mənə Nizami qardaşımızla bağlı məlumat və müraciət edən kimi bu məsələ ilə bağlı Səhiyyə Nazirliyimizlə danışdım. Sizə şad xəbər verim ki, Səhiyyə naziri Oqtay Şirəliyev artıq bu barədə göstəriş verib və Nizami qardaşımızın bütün müalicə və əməliyyatı Neftçilər Xəstəxanasında pulsuz şəkildə dövlət hesabına gerçəkləşəcək. Bir az əvvəl Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovla danışdım və o bildirdi ki, bu dəqiqələrdə Nizami qardaşımız Neftçilər Xəstəxanasına köçürüləcək və cənab nazirin göstərişi ilə onun tam sağalması üçün hər şey dövlət hesabına həyata keçiriləcək. İnşallah Nizami qardaşımız qısa zamanda öz sağlamlığına qovuşar. Dualarımızı əksik etməyək”.

Qeyd edək ki, Cəlilabad sakini olan teleoperator 25 yaşlı Nizami Xəlil oğlu Eyvazov kəskin “Hepatit-B” virusundan əziyyət çəkir.