Nazir qızının toyuna hərbi vertolyotla getdi

nazir-qizinin-toyuna-herbi-vertolyotla-getdi
Oxunma sayı: 637

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, nazirin bu hərəkəti yerli mətbuat tərəfindən “dövlət vəsaitinin israfçılığı” kimi qiymətləndirilib.

Yaalonun səfəri 27 min dollara başa gəlib. Jurnalistlərin fikrincə, hərbi texnikanın şəxsi məqsədlər üçün istifadəsi büdcə xərclərinin minimallaşdırılması şüarı altında yaradılan hökumətin iç üzünü ortaya qoyur.

Lakin Müdafiə Nazirliyi nazirin qızının toyuna vertolyotla getməsini bu cür izah edib: “Moşe Yaalonun hərbi vertolyotdan istifadə etməsi gözlənilməz iş qrafikinin nəticəsində yaranıb. O, ölkənin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təcili müşavirə keçirib, ordan da qızının toyuna getməli olub. Nazir qızının toyunda iştirak etməli idi. Əgər ora adi nəqliyyatla getsəydi, vaxtında çata bilməzdi”.