Nazir Qubada vətəndaşları qəbul edəcək

nazir-qubada-vetendaslari-qebul-edecek
Oxunma sayı: 700

Gənclər və idman naziri Azad Rəhimov fevralın 12-də Quba rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcək.

Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, qəbul saat 11:00-da Quba rayonu Heydər Əliyev Mərkəzində (Quba şəh, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 27-dən fevralın 11-dək saat 09:00-18:00 arası aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Quba - 050-200-27-37;
070-202-27-37

Qusar - 055-435-76-16;
070-317-24-13

Siyəzən - 050-569-43-76

Şabran - 050-351-79-05;
055-612-26-62

Xaçmaz - 050-270-80-60