“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə Cəmil Əmirov təyinat alıb. Cəmil Əmirov bundan əvvəl Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Daxili işlər nazirinin digər əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin sabiq rəisi Şükür Mehdiyev isə Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub.
***
Azvision.az saytının məlumatına görə, Cəmil Əmirov Vergilər nazirinin birinci müavini Natiq Əmirovun qardaşıdır.
Son xəbərlər
Son Xəbərlər