Nazir rayondakı parkda - Fotolar

nazir-rayondaki-parkda
Oxunma sayı: 2476

Bu gün Ağstafa rayonunda vətəndaşları qəbul edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev daha sonra rayonun bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.

"Qafqazinfo" xəbər verir ki, nazir ilk olaraq açıq səma altında salınan Tarixi və Müasir Abidələr Parkı ilə tanış olub.

Məlumat verilib ki, park prezident İlham Əliyevin iştirakı ilə 5 iyul 2013-cü ildə açılıb. Parkda Azərbaycanın müasir inkişafını və qədim tarixinə dair maddi mədəniyyət nümunələri sərgilənir. 

Sonra Əbülfəs Qarayev Səməd Vurğun parkına baş çəkib, burada fəaliyyət göstərən səyyar kitabxananın işi ilə tanış olub. 

Əbülfəs Qarayev daha sonra yenidən qurulan Ağstafa rayon Mədəniyyət mərkəzinə gəlib, təmir işlərinin gedişi ilə maraqlanıb. Nazir mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.