Nazir rəis müavinini işdən çıxardı

nazir-reis-muavinini-isden-cixardi
Oxunma sayı: 13114

Samux Rayon Polis şöbəsinin rəis müavini Fikrət Musayev vəzifəsindən azad edilib.

“Qafqazino" xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Musayev sərəncama götürülüb. Onun yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, ötən gün nazirin əmri ilə polis polkovnik-leytenantı Ramil Səfərəliyev Samux Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Elmar Əli