Nazir repetitorlarla bağlı sualı cavabladı

nazir-repetitorlarla-bagli-suali-cavabladi
Oxunma sayı: 4924

Azərbaycanda repetitor fəaliyyəti ilə məşğul olan şəxslərin davranış qaydaları hazırlanır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verib. 

O bildirib ki, bu gün, ya da sabah həmin qaydalar açıqlanacaq: “Şagirdlər icazə verilən 3 saat ərzində fəaliyyətlərini planlaşdırmalıdırlar”. 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib ki, repititorlara icazə verilməsinə baxmayaraq valideynlər və müəllimlərdən onlayn dərslərə üstünlük vermək xahiş olunur: “Gigiyenik qaydalara görə bu üsuldan istifadə sağlamlığımız üçün daha faydalıdır. Birinci sinfin rus sektoruna qəbul müsahibələri üzrə məktəbəqədər hazırlıq kursunda oxuyan 300-ə yaxın uşaq müsahibədən keçə bilməyib. İlk olaraq onların, daha sonra digər uşaqların müsahibələri onlayn qaydada keçiriləcək”. 

Murad Əhməd