Nazir Saatlıda vətəndaşları qəbul edəcək

nazir-saatlida-vetendaslari-qebul-edecek
Oxunma sayı: 937

Kənd Təsərrüfatı naziri İnam Kərimov Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Qafqazinfo" xəbər verir ki, görüş yanvarın 24-ü saat 11:00-da Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.

Eyni gün saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzində Neftçala və Salyan rayonları, nazir müavini Elçin Zeynalov isə Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində Hacıqabul rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.  

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-332-29-98), Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-355-13-38) Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-277-22-74) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.