1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sosial xidmət müəssisəsində yaşayan uşaqlarla və Paralimpiya İdman Kompleksində yarışlara hazırlaşan uşaq paralimpiyaçılarla görüşüb.
"Qafqazinfo" xəbər verir ki, müəssisənin sosial xidmət işçiləri ilə görüşündə nazir vurğulayıb ki, prezident İlham Əliyevin uğurlu sosial siyasəti sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir.
S.Babayev qeyd edib ki, həmçinin son illərdə dövlət başçısının tapşırığı ilə nazirliyin Uşaq Bərpa Mərkəzi müasir tələblərə uyğun qurulub, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi istifadəyə verilib. Bu ildən etibarən nazirliyin ölkəmizin regionlarında da uşaq bərpa mərkəzləri şəbəkəsinin yaradılmasına başlanacaq.
Nazir hazırda 170-dək uşağın yaşadığı müəssisədə sağlamlıq imkanları məhdud uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılması, onların bacarıqlarının inkişaf etdirilməsi üçün aparılan reabilitasiya işlərini nəzərdən keçirib.
Burada 12 reabiltasiya otağı fəaliyyət göstərir və onlarda müasir dövrdə prioritet olan yeni reabilitasiya metodları (aktiv terapiya, oyun, ünsiyyət, musiqi, rəqs və s. terapiya növləri) və hər bir uşaqla fərdi inkişaf planı əsasında işlər aparılır.
Paralimpiya İdman Kompleksinə (Sumqayıt şəhəri) gələn nazir burada məşq prosesində olan uşaq paralimpiyaçılarla görüşüb.
Paralimpiyaçıların yarışlara hazırlıq prosesi ilə tanış olan S.Babayev burada idmançılarla və bocciaçılarla görüşüb.



Son xəbərlər
Son Xəbərlər