Nazir sahibkarların qarşısında çıxış edir - Fotolar

nazir-sahibkarlarin-qarsisinda-cixis-edir
Oxunma sayı: 1375

"Ümumi investisiyanın 60%-dən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib. 2 milyondan çox yeni iş yeri açılıb, ötən ildə özəl bölmənin ümumi daxili məhsulda payı 85%-ə məşğulluqdakı payı isə 76 faizə çatıb". “Qafqazinfo” xəbər verir ki, bu sözləri  İqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlar Gününə həsr olunan konfransda deyib.

Nazir bildirib ki, artıq sahibkarlara lisenziyanın verilməsi elektronlaşıb və bu müqabildə 990-dan artıq elektron lisenziya verilib: “İndiyə kimi regionlarda 4 Sənaye Məhəlləsi fəaliyyətə başlayıb ki, rezidentlər tərəfindən 140 milyon manatadək investisiyanın yatırılması gözlənilir. Sənaye Məhəllələrində 36 rezident qeydiyyatdan keçib ki, onlardan 21-i artıq istehsala başlayıb. Hələ 15 rezident şirkətlərin açılması gözlənilir. 

Bu günə kimi 6 ölkədə ticarət evləri, Çində 2 şərab evi açılıb”.

Nazir qeyd edib ki, Sənaye Məhəllələrində 40-dan çox rezident qeydiyyata alınıb: “Bu rezidentlərin 23-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 8 rezident istehsala başlayacaq”.

Ş. Mustafayevin sözlərinə görə, sahibkarların maliyyəyə çıxışının təmin edilməsi üçün bu ilin ötən dövründə layihələrin ümumi dəyəri 159,5 milyon manat olan 416 sahibkara geri qaytarılan vəsaitlər hesabına 41,5 milyon manat güzəştli kredit verilib.

Günel Hacı

Fotolar: Nuran Məmmədov