Nazir sakinlərlə görüşəcək

nazir-sakinlerle-gorusecek
Oxunma sayı: 870

Kənd təsərrüfatı naziri İnam Kərimov 16 mart, saat 11:00-da Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Tovuz və Şəmkir rayonlarının sakinləri ilə görüşəcək.

“Qafqazinfo” xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-210 64 84) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.