Nazir səfiri qəbul etdi

nazir-sefiri-qebul-etdi
Oxunma sayı: 961

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 7-də Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondonu qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, görüşdə Kuba və Azərbaycan arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Azərbaycan ilə Kuba arasında Hökumətlərarası Komissiyanın bərpasının və iki ölkə arasında siyasi, iqtisadi, mədəniyyət, turizm və digər sahələr üzrə əməkdaşlığın həmin komissiya çərçivəsində əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanın mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafında maraqlı olduğu bildirilərək, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb.

Nazir səfirə 2017-ci ilin 5-6 may tarixində Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və tədbirə Kuba rəsmilərinin də dəvət olunduğunu qeyd edərək, bu ölkənin Forumda yüksək səviyyədə təmsil olunacağına əminliyini ifadə edib.