"Qafqazinfo" Nazirliyin saytına istinadən xəbər verir ki, düşmənin cəbhə bölgəsində təxribatları davam edir. Yanvarın 23-də saat 13.45-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq, Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.
Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1978-ci il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Cəfərov Elnur Cəfər oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir.
Son xəbərlər
Son Xəbərlər