Nazir şikayətçilərlə görüşdü

nazir-sikayetcilerle-gorusdu
Oxunma sayı: 1163


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, nazirliyin idarə və departament, həmçinin digər struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən vergilərin hesablanması və ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı olub.

Nazir Fazil Məmmədov hər bir vətəndaşın müraciətini dinləyib və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.