Elektron qaydada pensiya təminatı aparılmış ilk şəxs Bakının Yasamal rayon sakini Ramazan Şabanov olub.
“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev onu təbrik edib. Nazir 64 yaşı tamam olan vətəndaşa pensiya kartını təqdim edib.
Nazir qeyd edib ki, avtomatlaşdırılmış pensiya təyinatından 36 min vətəndaşın yararlanacağı gözlənilir: “Onlar doğum günlərində bu haqda məlumat alacaq. Artıq 560-dan artıq şəxsə pensiya təyinatına dair SMS məlumat göndərilib və həmin bildirişlərdə bütün məlumatlar yer alıb”.
Qeyd edək ki, pensiya qanunvericiliyinə əsasən, hazırda pensiya hüququ qazanmaq üçün yaş həddi kişilərdə 64, qadınlarda isə 61 yaşdır.
Son xəbərlər
Son Xəbərlər