Nazir “Son zəng”lə bağlı əmr imzaladı

nazir-son-zengle-bagli-emr-imzaladi
Oxunma sayı: 684

Təhsil naziri Mikayıl Cabbarovun “Son zəng” tədbiri haqqında əmr imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, əmrə əsasən “Son zəng” iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunacaq.

Əmrdə ölkənin ümumi təhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunlarının iştirakı tövsiyə olunub. Yerli təhsili idarəetmə qurumlarına “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.