İyunun 14-də ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, tədbir hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.
“Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri iştirak edə bilərlər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.
Qeyd olunan məsələlər elm və təhsil nazirinin imzaladığı müvafiq əmrdə vurğulanıb.
Son xəbərlər
Son Xəbərlər