Nazir söz verdi…

nazir-soz-verdi
Oxunma sayı: 1542


“Qafqazinfo” xəbər verir ki, qəbul zamanı müraciətlər əsasən mənzillə təmin olunma, dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edilmə ilə bağlı olub. S.Müslümov müraciətlərdə qaldırılan məsələlərin obyektiv və ədalətli şəkildə araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi barədə nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib. Ayrı-ayrı vətəndaşların məşğulluğunun təminatına yerindəcə köməkliklər göstərilib, 1 nəfər yerindəcə əlil arabası ilə təmin olunub: “İndi ölkənin digər bölgələrində olduğu kimi, bu qəbulda sakinlərini qəbul etdiyimiz rayonlarda da müharibə əlilləri və şəhid ailələri üçün mənzil tikintisi işləri aparılır. Məsələn, onlar üçün Masallı rayonunda artıq 6 ədəd fərdi ev tikilir. Yaxın günlərdə Lənkəranda 9 ədəd, Lerikdə 10 ədəd, Astarada 6 ədəd, Yardımlıda 2 ədəd fərdi evin də tikintisinə başlanacaq”.

S.Müslümov həmçinin dövlət büdcəsi hesabına minik avtomobili almaq üçün növbəyə dayanmaq istəyən müharibə əlillərinin bunun üçün tibbi göstərişlərinin olub-olmamasının araşdırılmasını tapşırıb: “Müharibə əlillərinin minik avtomobili ilə təminatının sürətlənməsi, təbii ki, bunun üçün növbəyə dayanmaq istəyənlərin sayını artırıb. Lakin bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsinə ciddi nəzarət olunur. Belə ki, ötən il bu məqsədlə müraciət edənlərin sayı 3460 nəfər olub. Onlardan yalnız 20,8 faizinin minik avtomobilinə tibbi göstərişinin olduğu müəyyən edilib və növbəyə götürülüblər”.