Nazir startapçılarla görüşdü - Fotolar

nazir-startapcilarla-gorusdu
Oxunma sayı: 2263

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahəyə dair müxtəlif yarış, müsabiqə və festivallarda öz startap layihələri ilə iştirak etmiş gənclərlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, nazir müsabiqələrdə təqdim olunan startap layihələrini müsbət qiymətləndirib, bu layihələrin gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyin artmasına müsbət təsir göstərəcəyinə əminliyini vurğulayıb.

Görüşdə qeyd olunub ki, bölgələrdə keçirilən Aqrar İnnovasiya Festivallarında 10-dan artıq ali məktəbin 20-dən çox startap komandası iştirak edir. “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı, “Agro X”, “Greenovation”, “Ideathon on Agrinnovation”, “Baku Food Hackathon”, “Gələcək üçün bacarıqlar” müsabiqələrində iştirak etmiş startapçılar öz layihə və prototiplərini təqdim ediblər.

Layihələr arasında fındıq məhsulunu toplayan qurğu, arıçılıqda “varatoz” gənəsinə qarşı mübarizə, yerli bal istehsalçıları arasında birbaşa əlaqələrin qurulması üzrə platforma, suvarmanın süni intellektlə idarəolunması məqsədilə avadanlıq və web platforma, avtomobillər üçün portativ qida bloku, qrunt sularını idarəedən səki daşları, bioqaz, geni modifikasiya olunmuş baramalar,  iqlim stansiyası, dəqiq suvarma idarəçiliyi üçün sensor, ağıllı istixana idarəetmə sistemi, alaq otlarını lazer sistemi ilə təmizləyən aqro-robot kimi startaplar daha çox maraq doğurub.