Nazir Sumqayıtda, müavini Xırdalanda qəbul keçirəcək

Nazir Sumqayıtda, müavini Xırdalanda qəbul keçirəcək
Oxunma sayı: 864

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin keçirəcəyi növbəti vətəndaş qəbullarının vaxtı açıqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 24 yanvar saat 14:00-da Sumqayıt şəhərində bu şəhərin və Xızı rayonunun sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə saat 14:00-da Xırdalan şəhərində Abşeron rayonunun sakinlərini qəbul edəcək.

Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 nömrəli Çağrı Mərkəzi, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt filialı və telekommunikasiya qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq.

Bunun üçün vətəndaşlardan Sumqayıtda (018) 642 35 00, Xızı rayonunda (023) 3150100, Abşeron rayonunda (012) 3423300 nömrəli telefona zəng etmələri xahiş olunur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi