Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, sakinlərlə görüş zamanı onların istək və arzuları, vətəndaşların problem və xahişləri ilə yaxından tanış olan nazir, həmin məsələlərin həlli istiqamətində bir sıra tapşırıq və göstərişlər verib. Daxil olmuş müraciətlər əsasında qısa müddət ərzində 2 nəfər- Respublika Klinik Uroloji Xəstəxanasına, 2 nəfər- Milli Oftalmologiya Mərkəzinə, 1 nəfər -2 nömrəli Uşaq Klinik Xəstaxanasına, 1 nəfər- ET Hematologiya və Transfuziologiya İnstitutuna və Milli Onkologiya Mərkəzinə, 11 nəfər- Elmi Cərrahiyyə Mərkəzinə, 2 nəfər - Respublika Klinik Xəstəxanasına, 2 nəfər - Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər-Bakı şəhər 6 nömrəli Uşaq Klinik Xəstəxanasına, 1 nəfər- Şəki Perinatal Mərkəzinə göndərilib və səhhətləri nəzarət altına götürülüb.
Qəbul zamanı Balakən kənd xəstəxanasının tikilməsi ilə əlaqədar müraciət etmiş 2 vətəndaşa “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində yeni kənd xəstəxanasının tikintisinin nəzərdə tutulması barədə, 1 nəfərin - Zaqatala uşaq poliklinikasının təmir işləri ilə əlaqədar köçürülməsi barədə müraciətinə hazırda poliklinikanın praktiki fəaliyyət göstərməsi və.s bu kimi məlumatlar verilib.
Daha sonra övladı Belarusiyada müalicə alan və onun müalicə xərclərinin ödənilməsi ilə əlaqədar müraciət edən şəxsə bütün müayinə və müalicənin dövlət hesabına ödənilməsi şərti ilə ölkəyə gətirilməsi məsləhət görülüb.
Digər 2 nəfərin xəstəliyi ilə əlaqədar Zaqatala və Balakən MRX-nın rəhbərliklərinə tapşırıqlar verilib.
Son xəbərlər
Son Xəbərlər