Nazir tarixi medal qazanan üzgüçü haqda paylaşım etdi - Foto

nazir-tarixi-medal-qazanan-uzgucu-haqda-paylasim-etdi
Oxunma sayı: 3437

Gənclər və idman naziri Fərid Qayıbov Rumıniyanın paytaxtı Buxarestdə gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanan Azərbaycan üzgüçüsü Ramil Vəlizadəni təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, nazir bu haqda feysbuk hesabında paylaşım edib.

“Üzgüçülük üzrə Avropa çempionatında ilk dəfə medal qazandıq. Bu tarixi uğura gənc idmançımız Ramil Vəlizadə nail oldu” - F.Qayıbov qeyd edib.