Nazir TDƏŞ baş katibi ilə görüşüb

nazir-tdes-bas-katibi-ile-gorusub
Oxunma sayı: 943

İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevlə görüşüb.

"Qafqazinfo"ya daxil olan məlumata görə,görüşdə Azərbaycanın TDƏŞ üzvü olan ölkələrlə iqtisadi sahədə əlaqələrinin inkişafı, 2019-cu il 14-15 oktyabr tarixlərində Bakıda keçiriləcək TDƏŞ-in VII Zirvə Toplantısı və bu tədbir çərçivəsində biznes-forumun təşkili məsələləri müzakirə edilib.

TDƏŞ baş katibi ilə həmçinin, üzv ölkələr arasında iqtsadi-ticarət əməkdaşlığının genişləndirilməsində önəmli rol oynayacaq Birgə İnvestisiya Fondunun yaradılması barədə fikir mübadiləsi aparılıb.