Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın xarici ölkələrdə olan turizm nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, görüşdə ilk öncə artıq 3 ildir ki fəaliyyət göstərən “Atlantis Holidays” şirkəti və 2 ilə yaxındır ki fəaliyyət göstərən “Aviareps” şirkətinin hesabatı dinlənilmiş və hər iki nümaqyəndəlik gələcəkdə görüləcək işlər haqqında məlumat vermb.
Daha sonra bu il Rusiyada yaradılan “Tur A Vent” şirkəti 2 ay ərzində gördüyü işlər və il ərzində təsdiq olunmuş tədbirlər planı haqqında məlumatı diqqətə çatdırıb.
Azərbaycanın Türkiyədə turizm nümayəndəliyi olan “Gateway” şirkəti isə görüləcək işlər haqqında çıxış edib.
Görüşdə Əbülfəs Qarayev çıxışı zamanı turizm sahəsinin iqtisadiyyatın prioritet sahələrindən olduğunu və turizmin hansı istiqamətlərinin inkişaf etdirilməsinin zəruriliyini bildirib.
Bundan əlavə hər bir turizm nümayəndəliyinin Azərbaycanı təmsil etdiyi ölkələrdən turistlərin necə cəlb olunması haqqında tövsiyə və tapşırıqlarını verib.
Eyni zamanda bildirmişdir ki, reklam işinin təşkili üzrə müxtəlif təqdimatların keçirilməsi və sosial mediada daha aktiv fəaliyyət göstərilməsi nümayəndəliklərin əsas vəzifələrindən biri olmalıdır.
Nazir həmçinin qeyd etmişdir ki, Azərbaycanda hər il keçirilən beynəlxalq mədəni proqramlar və festivallara turistlərin cəlb olunması vacibdir və bu istiqamətdə işlərin görülməsi ilə bağlı tapşırıqlarını vermişdir.
Son xəbərlər
Son Xəbərlər