Nazir Türkiyədəki yanğınlarla bağlı son vəziyyəti açıqladı - Fotolar

nazir-turkiyedeki-yanginlarla-bagli-son-veziyyeti-aciqladi
Oxunma sayı: 1933

“Meşə qəhrəmanları havadan və qurudan böyük bir sədaqətlə yanğınlarla mübarizə aparırlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli Tvitter paylaşımında yazıb.

Nazir qeyd edib ki, 85 meşə yanğınından 74-ü nəzarətə götürülüb:

“Dəstəyiniz üçün təşəkkür edirik. Gün boyu yanğın bölgəsində aparılan işləri koordinasiya etdik. Vətəndaşlarımızla görüşdük, inşallah, bütün yaraları ən qısa müddətdə sarıyacağıq”.