Nazir Türkiyəyə gedir

nazir-turkiyeye-gedir
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində İ. Abasov Tükiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Ekerlə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında aqrar sahədə qarşılıqlı əlaqələrin vəziyyəti və perspektivlərinin daha da inkişaf etdirilməsi müzakirə edilib.

İ. Abasov Türkiyənin aqrar sahədə inkişafından daim qürur duyduğunu qeyd edərək aqrar sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanların mövcudluğunu nəzərə çatdırıb. Nazir toxumçuluq sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə Azərbaycan-Türkiyə Birgə Toxumçuluq Təsərrüfatının genişləndirilərək nümunəvi bir təsərrüfata çevrilməsini məqsədəuyğun hesab edib.

Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri cənab Mehmet M. Eker Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanların olduğunu və bu inkişafa daim dəstək verməyə hazır olduğunu qey edərək iki ölkə arasında kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlığın digər sahələrini təmsil edən nazirliklər üçün örnək olacağına əminliyini bildirib.

Səfər çərçivəsində İ. Abasovun İƏT-in digər üzv ölkələrinin kənd təsərrüfatı nazirləri ilə də görüşləri nəzərdə tutulur.