Nazir üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü

nazir-ucuncu-yukselis-musabiqesinin-qalibi-ile-gorusdu
Oxunma sayı: 3369

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev  üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Mentorluq proqramı çərçivəsində görüləcək işlər müzakirə olunub.

Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.