Nazir və müavinləri qəbul keçirdi

nazir-ve-muavinleri-qebul-kecirdi
Oxunma sayı: 990

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Gəncə Dövlət Universitetində Göygöl, Samux rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Firdovsi Əliyev Gədəbəy, Rauf Hacıyev isə Daşkəsən rayonlarından olan vətəndaşlarla görüşüb.

Qəbullar zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.