Nazir və müavinləri vətəndaşları qəbul etdi

nazir-ve-muavinleri-vetendaslari-qebul-etdi
Oxunma sayı: 714

Martın 13-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xaçmaz, Quba, Siyəzən və Şabran rayonlarının vətəndaşlarını qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, həmin gün nazirin müavinləri Firdovsi Əliyev Qusar, Rauf Hacıyev isə Xızı və Siyəzən rayonlarının vətəndaşları ilə görüşüb.

Qəbullar zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.