Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev Şamaxı rayon Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı və Qəbələ rayonlarından, nazir müavini Rafiq Bayramov Ağsu rayon Heydər Əliyev Mərkəzində Ağsu rayonundan olan vətəndaşları qəbul ediblər.
Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə çiçək dəstələri düzülüb.
Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Ümumilikdə qəbullarda 50 nəfərdən çox vətəndaşın müraciətinə baxılıb.
Qəbuldan sonra mətbuata açıqlama verən mədəniyyət naziri Əbülfəs Qarayev vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini qeyd edib: “Bugünkü qəbulda mədəni xidmətlərin səviyyəsinin artırılması, müasir tələblər səviyyəsində qurulması kimi məsələlər qaldırıldı, eyni zamanda fərdi qaydada baxılmalı olan məsələlər də var. Həmçinin bölgədə olan tarixi abidələrin bərpası, qorunması ilə bağlı məsələlər də xüsusi diqqətdə saxlanılacaq”.




Son xəbərlər
Son Xəbərlər